Musiqili Teatr növbəti ilkə imza atdı

Azərbaycan Dövlət Musiqili Teatrı növbəti ilkə imza atıb. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğli bildirib ki, Musiqili Teatr 105-ci mövsümünün başa çatması ilə əlaqədar yaradıcılıq fəaliyyətləri ilə seçilən, uğurlu rolları, sənət uğurları, öz peşələri ilə hər kəs tərəfindən sevilən, teatrın inkişafina xidmət edən əməkdaşlarını mükafatlandırıb. Mükafatlandırma mərasimində çıxış edən teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qeyd edib ki, teatr tariximizdə ilk dəfə arxada qalan mövsümün belə bir bayram əhval-ruhiyyəli tədbirlə dəyərləndirilməsi xüsusilə gənclərin gələcək fəaliyyətlərində mühüm rol oynayacaq, onlara böyük stimul verəcək. Sonra çox gözəl estetik zövqlə təşkil olunmuş tədbirdə mükafatlandırma mərasimi keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31