Xalq artisti səhnəni tərk edir
3 İyul 2015 12:40 Mədəniyyət"Son solo-konsertimi verib səhnə ilə vidalaşacağam". Bu sözləri xalq artisti Nisə Qasımova son vaxtlar televiziya kanallarında görünməməyi ilə bağlı axar.az-a danışarkən deyib: "Sentyabr ayında solo-konsert verəcəyəm. Adını müəyyən etməsəm də, konsertin axarını və əsas məqsədini müəyyənləşdirmişəm. Bu konsertdə mən xalqıma, millətimə müraciət edəcəyəm. Əgər o gün xalq, tamaşaçılarım, məni sevənlər alqış xətrinə deyil, sevgi xətrinə saxlaya bilsələr, qalacağam. Saxlaya bilməsələr, səhnəni birdəfəlik tərk edəcəyəm. Efir məkanının bayağılığından yorulmuşam".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31