Prezidentin qızı klip çəkdirdi- VIDEO
27 Sentyabr 2012 17:42 MədəniyyətÖzbəkistan prezidentinin qızı Gülnarə Kərimovanın yeni klipi internetdə yayılıb."Qafqazinfo"nun məlumatına görə, səhnə adı Ququş olan Gülnarə Kərimovanın "Round Run" mahnısına çəkilən klip Buxarada lentə alınıb. Helikopterdə də çəkilişlərin aparıldığı klipdə Buxaranın bir sıra tarixi yerləri işıqlandırılıb.Amerika klipmeykerlərinin ərsəyə gətirdikləri klipdə səsləndirilən mahnı bu ilin iyun ayında "Bilboard" tərəfindən "Sıçrayış" kateqoriyası üzrə ən yaxşı mahnıların beşliyinə daxil ola bilmişdi.Özbək mətbuatı isə prezidentin qızının tez-tez publika qarşısında görünməsini onun artmaqda olan siyasi ambisiyaları ilə əlaqələndiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31