Azərbaycanın "Eurovision" təmsilçisinin toyu
27 Sentyabr 2012 14:51 Mədəniyyət"Eurovision 2012" təmsilçimiz Səbinə Babayevanın İctimai televiziyada rejissor vəzifəsində çalışan Cavidan Şərifovla toyu olub.
"Qafqazinfo"nun toyda olan müxbirinin məlumatına görə, cütlüyün özəl günündə şou-biznesin bir sıra məşhur adları iştirak edib. Onların arasında Nura Suri, Elnur Məmmədov, Rüstəm (Şeron), Murad Arif, Elnarə, Lalə Məmmədova və başqaları var idi.
Cütlük mətbuat nümayəndələrini birinci toylarına buraxmaq istəməsə də, daha sonra bu qərarlarından daşınıblar. "Eurovision" təmsilçimizin gələcək həyat yoldaşı jurnalistlərə hörmətsizlik olmasın deyə bunu etdiklərini bildiriblər.
Səbəbkar Səbinə Babayeva isə çox xoşbəxt olduğunu bildirib.
Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, toy mərasimi paytaxtın prestijli şadlıq evlərindən birində keçiriləcək. Səbinə Babayeva rejissor Cavidan Şərifova ərə gedir.
Tədbiri Ülvi Cəfərovun "Şeron" qrupu aparacaq. KİV nümayəndələrinin tədbirə girişinə qadağa qoyulub.