Xalq artistlərinin “qənimi” olan veriliş
27 Sentyabr 2012 13:27 MədəniyyətAzərbaycanın xalq artisti İlhamə Quliyevadan sonra Afaq Bəşirqızı da ürək-damar xəstəliyindən xəstəxanaya yerləşdirilib.
Maraqlı fakt burasıdır ki, hər iki sənətçi "İmza mən" proqramında iştirak etdikdən sonra, verilişlər efirdə yayımlanan gün xalq artistləri xəstəxanada əməliyyat olunub. "Qafqazinfo"nun məlumatına görə, bu hal sənətçilər arasında çaşqınlıq yaradıb. Və yayılan şayiələrə görə, müğənnilər verilişdə iştirakdan imtina edirlər. Layihənin rəhbəri və aparıcısı Səxavət Nur açıqlamasında bu uğursuz təsadüflərə aydınlıq gətirib: "Əlbəttə ki, bu sadəcə təsadüfdür. Hər iki sənətkarımızla verilişimiz çox səmimi anlar ve pozitiv məqamlarla yadımda qalıb. Həm İlhamə xanım, həm Afaq Bəşirqızı verilişimizdən razı gediblər. Onları sevən hər bir insan kimi mən də onların səhhətindəki problemə görə çox pis olmuşdum. Amma şükürlər olsun ki hər şey yaxşıdır. Başqa cür ola da bilməzdi çünki onları sevən milyonların duası onlarladır.
Amma ümid edirəm ki,bu halı bizim verilişin abu-havası ilə əlaqələndirib verilişə gəlməkdən imtina edən sənətçilərimiz olmayacaq".