Afaq Bəşirqızı narkozdan ayıldı
Səmral Təhməzov: “Anam özünü normal hiss edir”
27 Sentyabr 2012 12:53 MədəniyyətTanınmış gülüş ustası, Musiqili Komediya Teatrının aktrisası, xalq artisti Afaq Bəşirqızı hazırda Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsindədir. Aktrisanın oğlu Səmral Təhməzovun "Olaylar" a verdiyi açıqlamaya görə Afaq xanım özünü normal hiss edir: "Anam artıq narkozdan ayılıb. Reanimasiya şöbəsindədir. Əməliyyat çox uğurla keçdi. Artıq anam danışmağa başlayıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31