Eldar Qasımov eşqə düşüb

"Eurovision 2011" mahnı müsabiqəsinin qalibi Eldar Qasımov qorxur ki, nə vaxtsa sevgisini unudar.

Milli.Az-ın Day.Az saytına istinadən məlumatına görə, müğənni deyib ki, həmin qıza görə nəfəs alır və yaşayır."Mən aşiq olmuşam və başqa şey haqqında düşünə bilmirəm", - müğənni ATV telekanalının "10lar" verilişində etiraf edib."Bizim sevgimiz azaddır və mənim üçün belə rahatdır. Nə qədər böyük sevgim olsa da, bir gün səhər yuxudan oyananda onu unutmuş ola bilərəm. Sevginin sonu var. Lakin onun kim olduğunu mətbuata açıqlamayacam. Çünki çox qısqancam. Onu itirməkdən qorxuram. Düşünürəm ki, dünyanı gözəllik yox, sevgi xilas edəcək", - o əlavə edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31