Səbinə Babayevanın toyundan –
Toy “Mona-Liza” restoranındadır
26 Sentyabr 2012 20:50 MədəniyyətXəbər verdiyimiz kimi hazırda "Mona-Liza" restoranında "Eurovision 2012" təmsilçimiz Səbinə Babayevanın İctimai televiziyada rejissor vəzifəsində çalışan Cavidan Şərifovla toyudur."Qafqazinfo"nun toyda olan müxbirinin məlumatına görə, cütlüyün özəl günündə şou-biznesin bir sıra məşhur adları iştirak edir. Onların arasında Nura Suri, Elnur Məmmədov, Rüstəm (Şeron), Murad Arif və b var.Cütlük mətbuat nümayəndələrini birinci toylarına buraxmaq istəməsə də, daha sonra bu qərarlarından daşınıblar. Eurovision təmsilçimizin gələcək həyat yoldaşı jurnalistlərə hörmətsizlik olmasın deyə bunu etdiklərini bildiriblər.Səbəbkar Səbinə Babayeva isə çox xoşbəxt olduğunu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31