Ancelina Coli xəstə deyil – Hollivud ulduzunun mətbuat katibi

Ancelina Colinin Hepatit C olması barədə xəbərlər şayiə çıxdı. Modern.az italyan mətbuatına istinadən xəbər verir ki, bu barədə məşhur Hollivud ulduzunun mətbuat katibi açıqlama verib. Onun sözlərinə görə, bütün bunlar yalan məlumatdır:
"Bütün yayılan xəbərlər 100% yalandır. Hazırda o Suriyadan qaçqın düşən insanları düşünür. Buna görə də hətta yemək yeməyi də yadından çıxarır".
Qeyd edək ki, mətbuatda məşhur ulduzun qaraciyərinin fəaliyyətinin dayanması barədə məlumatlar öz əksini tapmışdı. Hətta bildirilirdi ki, ulduz qaraciyər transplatasiyasına hazırlaşır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31