Film çəkilişində faciə yaşandı

Hadisə Coni Deppin rol aldığı filmin çəkilişi zamanı baş verib

Amerikalı aktyor Coni Deppin rol aldığı yeni "Tənha reyncer" filminin çəkilişlərini faciə alt-üst edib. Çəkilişlərin hazırlığı prosesində kinoşirkətin bir əməkdaşı suda batıb. Həlak olanın adı açıqlanmasa da, onun peşəkar dalğıc olduğu deyilir.Onun helikopterlə yaxınlıqdakı xəstəxanaların birinə çatdırsalar da, tibb işçilərinin bədbəxti diriltmək cəhdləri boşa çıxıb.
Həkimlər onun ürəktutmasından öldüyünə əmindirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31