Penelopa Kruz filmini tanıdır

İspan aktrisa Penelopa Kruz çəkildiyi "Venuto Al Mondo" filminin tanıtımı üçün fotosessiyaya çəkilib. Milli.Az Milliyet-ə istinadən bildirir ki, İspaniyanın San-Sebastyan şəhərində keçirilən beynəlxalq kinofestivalın 5-ci günündə rəsmən təqdim edilən film İtaliya və İspaniyanın birgə istehsalıdır. Baş rejissoru italyan Sercilo Kastellito olan filmin baş rollarında Penelopa Kruz, Emil Hirş, Ceyn BirkinMira Morlan çəkiliblər. Bosniya-Herseqovinadakı müharibədən bəhs edən filmdə Kruz ərini itirmiş qadın obrazını yaradıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31