Sabir Rüstəmxanlının "Əbədi sevdası"
26 Sentyabr 2012 17:08 MədəniyyətXalq şairi Sabir Rüstəmxanlının "Əbədi sevda" adlı şeirlər kitabı çapdan çıxıb. "Təhsil" nəşriyyatı tərəfindən son dərəcə nəfis şəkildə dərc olunan kitabda toplanan şeirlər "İçimdəki dərd ağacı", "Yurdun bayrağı", "Mən demədim", "Tanrıyla görüş", "Sevgimə toxunma", "Dostların qəlbimdə ucalan yeri", "Təklik", "Qoşmalar, gəraylılar" və s. bölmələrə ayrılıb. Sabir Rüstəmxanlının sözlərinə yazılmış və artıq dillər əzbəri olan mahnı mətnləri də "Mahnılar" adlı ayrıca bölmədə verilib. Kitaba həmçinin şairin "Orxonla görüş" və "Atəş böcəyi" poemaları daxil edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31