Afaq Bəşirqızının əməliyyatı davam edir
Səmral Təhməzov: “Həyəcanla Afaq xanımın əməliyyatdan çıxmasını gözləyirik”
26 Sentyabr 2012 16:33 Mədəniyyət"Tanınmış gülüş ustası, Musiqili Komediya Teatrının aktrisası, xalq artisti Afaq Bəşirqızı hazırda Mərkəzi Neftçilər Xəstəxanasında ürəyindən əməliyyat olunur. Aktrisanın mobil telefonuna cavab verən oğlu Səmral Təhməzov səbirsizliklə anasının əməliyyatdan çıxmasını gözləyir: "Anam səhər saat 7-dən əməliyyat otağına aparılıb. Həkimlər bizə əməliyyatın saat 16.00-a qədər davam edəcəyini bildiriblər. Hələ ki, bir xəbər yoxdur. Əməliyyat otağının qapısı arxasında gözləyirik. Ailə üzvlərimizin hamısı, qohumlar da bu saatlarda xəstəxanadadırlar. İnanıram ki, əməliyyat uğurla başa çatacaq"-deyə S. Təhməzov deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31