Yeni QALMAQAL: Zöhrə Abdullayeva və Mətanət Əsədova
26 Sentyabr 2012 14:45 MədəniyyətTanınmış müğənni Zöhrə Abdullayeva həmkarı Mətanət Əsədovanı sərt ittiham edib.
Səbəb isə budur ki, Mətanət Əsədova məclislərin birində Zöhrə Abdullayeva ilə bağlı ona ünvanlanan sualdan imtina edərək, həmkarı haqqında danışmaq istəmədiyini deyib. Lent.az-a açıqlama verən Z.Abdullayeva həmkarına əsəbiləşdiyini gizlətməyib: "O kimdir? Onu bu sənətə ilk dəfə mən gətirmişəm. Rəhmətlik Məmmədbağır Bağırzadədən xahiş etdim, dedim guya mən xəstəyəm, məni əvəz etsin və bu yolla onu ilk dəfə efirə gətirdim. Mənim adımın yanında onun adının hallanmasını istəmirəm. Yerlə göy qədər fərqimiz var. Adımızı bir yerdə çəkməyi hər kəsə qadağan edirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31