Xalq artistimiz əməliyyat stolundadır.... VIDEO
26 Sentyabr 2012 13:45 MədəniyyətTamaşa zamanı halı pisləşən xalq artisti, Musiqili Komediya Teatrının aktrisası Afaq Bəşirqızı hazırda əməliyyat olunur.Modern.az-a bu haqda aktrisanın oğlu Səmral məlumat verib. Onun sözlərinə görə, əməliyyat 4 saat çəkəcək.Qeyd edək ki, Musiqili Komediya Teatrında "7 məhbusə anası" tamaşasından sonra A.Bəşirqızının halı pisləşib. O, təcili olaraq Mərkəzi Neftçilər xəstəxanasına yerləşdirilib. Aktrisa ürək-damar çatışmazlığı xəstəliyindən əziyyət çəkir. Allah şəfa versin!
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31