Xalq artisti əməliyyata götürüldü
26 Sentyabr 2012 12:00 MədəniyyətAzərbaycan Dövlət Musiqili Komediya Teatrının aktrisası, xalq artisti Afaq Bəşirqızı bu saatlarda əməliyyat olunur.Mərkəzi Neftçilər Xəstəxanasından Lent.az-a verilən məlumata görə, aktrisa iki saat əvvəl əməliyyat otağına aparılıb. Əməliyyatın neçə saat davam edəcəyi haqqında məlumat verilməyib. Hazırda xalq artistinin ailə üzvləri də xəstəxanadadır.Qeyd edək ki, 57 yaşlı aktrisaya ürək çatışmazlığı diaqnozu qoyulub. Aktrisanın əməliyyatını ürək-damar cərrahı, tibb elmləri namizədi Rəşad Mahmudov həyata keçirir.Xatırladaq ki, Afaq Bəşirqızı sentyabrın 23-də "Yeddi məhbusə anası" tamaşasında oynadıqdan sonra halı pisləşib. Daha sonra xalq artisti Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31