DÇ-2012: Hərəmizə bir qol...

Azərbaycanda 17 yaşadək futbolçu qızlar arasında keçirilən dünya çempionatında 2-ci tura start verilib.
A qrupunda yer alan milli komandamız bu dəfə Nigeriya yığması ilə üz-üzə gəlib.

Lənkəran şəhər mərkəzi stadionunda baş tutan qarşılaşma millimizin böyük hesablı məğlubiyyəti ilə yekunlaşıb - 11:0. Qollardan 5-ini Çinvendu İhezuo, hərəyə 2-sini Halimatu Ayinde və Tessi Biahvo vurub. Aminat Yakubu ilə Joy Bokiri isə hərəyə 1 dəfə fərqləniblər. Qrupun digər görüşündə Kanada Kolumbiyaya qalib gəlib - 1:0. Bu nəticələrdən sonra yığmamız növbəti mərhələ şanslarını itirib. Qrupa hərəyə 4 xala malik Nigeriya və Kanada başçılıq edir. Kolumbiya isə 3 xalla 3-cü pillədədir. Millimiz ilk turda Kolumbiyaya da böyük hesabla yenilib - 0:4.

Günün digər oyunlarına gəldikdə, B qrupunda ilk turda Qambiyanı elə 11:0 hesabı ilə yenmiş KXDR bu dəfə Fransa ilə heç-heçə edib - 1:1. ABŞ isə Qambiyanı darmadağın edib - 6:0. KXDR, Fransa və ABŞ hərəyə 4 xalla ilk 3 yeri bölüşürlər. 4-cü yerdə 2 oyuna 17 qol buraxan Qambiya qərarlaşıb.

25 sentyabr

A qrupu:

Azərbaycan - Nigeriya - 0:11
Qollar: Çinvendu İhezuo, 5; 32;37; 56; 70. Halimatu Ayinde, 8; 24. Tessi Biahvo, 20; 74. Aminat Yakubu, 22, Joy Bokiri, 68

Kolumbiya - Kanada - 0:1
Qol: Summer Klark, 51

B qrupu

Fransa - KXDR - 1:1
Qollar: Kadidiatu Diani, 60 - Rl Un Sim, 59

ABŞ - Qambiya - 6:0
Qollar: Summer Qrin, 25-penalti ilə; 61; 71. Amber Munerlin, 46. Morqan Stanton, 83. Toni Payne, 86

Turun qalan oyunları sentyabrın 26-da olacaq:

17:00. Meksika - Brazil
Bakı, 8 KM stadionu
Hakimlər: Katerina Monzul (Ukrayna), Urania Foskolu, Panagiota Kutsumpu (hər ikisi - Yunanıstan), Moraq Piri (Şotlandiya)

17:00. Uruqvay - Qana
Bakı, "Bayıl Arena"
Hakimlər: Hyanq Ok Ri, Kum Nyo Honq (hər ikisi - KXDR), Linqlinq Çanq (Çin), Katalin Kulşar (Macarıstan)

20:00. Yeni Zelandiya - Yaponiya
Bakı, 8 KM stadionu
Hakimlər: Kardelya Samuels (Yamayka), Nikasi Liverpul (Hayana), Elizabet Agilar (Salvador), Klaudia Umpierres (Uruqvay)

20:00. Çin - Almaniya
Bakı, "Bayıl Arena"
Hakimlər: Aissata Amegi (Toqo), Diana Mukasa (Uqanda), Emmanuella Aqlaqo (Qana), Fino Vulivuli (Fici).

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31