Afaq Bəşirqızı haqqında ən son xəbər....

Xalq artistini Milandan dəvət olunmuş cərrah əməliyyat edəcək

İki gün əvvəl vəziyyətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilən xalq artisti Afaq Bəşirqızı sabah əməliyyat olunacaq. ANS PRESS-in məlumatına görə, qərar müayinələrdən sonra keçirilən konsiliumda qəbul edilib. Aktrisa ürəyindən əməliyyat olunacaq. Əməliyyatı Milandan dəvət olunmuş həkim-cərrah Ermano Mazza və cərrah Rəşad Mahmudov həyata keçirəcək.Qeyd edək ki, xalq artisti Afaq Bəşirqızı kəskin koronar sindromu, kəskin ürək çatışmazlığı şikayəti ilə xəstəxanaya yerləşdirilmişdi. Müayinələr nəticəsində ürəyində 4-5 damarda çox şiddətli darlıqların əmələ gəldiyi aşkarlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31