Azərbaycanlı aparıcı yeni serialda
25 Sentyabr 2012 20:38 MədəniyyətBakıda "Üç bacı" serialının çəkilişlərinə başlanılıb Serialda baş rolları teleaarıcılar Mirsalam Mirsalamov, Dilarə Əliyeva, Tünzalə Əliyeva və Ülviyyə Əliyeva ifa edəcəklər.
"İlk dəfədir ki, tele serialda baş rollardan birini ifa etmək mənim üçün sınaq oldu. Adətən çəkliş meydançasını mən idarə edirəm. İndi isə özümü aktyor kimi sınamaq istəyirəm. Düşünürəm ki, hər şey alınacaq. Çəkilişlərin birinci günü mənim çox xoşuma gəldi. Ssenari də çox maraqlıdır", - M.Mirsalamov Trend Life-a açıqlamasında bildirib. Serial "SOY Production" tərəfindən çəkilir. Çəkilişlərdə əməkdar artist Cəfər Namiq Kamal da iştirak edəcək. trendlife.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31