"Öyle bir geçer zaman ki": göz yaşlı övlad sevgisi VIDEO

Soner gerçəklərlə üzləşir. Qızını yanına alan Soner keçmişi ilə hesablaşarkən Deniz böyük bir təhlükəyə atılır. Denizin Sonerlə yaşamağı qəbul edib, evdən getməsi Cemileni pərişan edir. Süleyman Denizi götürməyə gələndə göz yaşlarını boğur. Ancaq atasının evinə sevinərək gedən Denizin anasının otağında qalmaq üçün israr etməsi böyük problem yaradır. Sonradan çox peşman olacağı sözlər deyən Soner Denizi böyük bir təhlükəyə atır. Mete hər nə qədər qarşı çıxsa da, Osman çətin günlər yaşayan Aydının yanına gedir. Ahmetin iş təklifini rədd edən Hakan bir dəfə də Berrinlə danışmaq istəyir. Ali Kaptanın evi isə satışa çıxarılır. 
Milli.Az xəbər verir ki, "Öyle bir geçer zaman ki" serialının 83-cü bölümü sentyabrın 25-də Kanal D-də nümayiş etdiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31