Gənc yazarların təklifləri ümumiləşdirilir
25 Sentyabr 2012 15:00 MədəniyyətDünya Gənc Türk Yazarlar Birliyi regionlarda fəaliyyət göstərən gənc yazarların irəli sürdüyü təkliflərini ümumiləşdirir. Bu barədə "OLAYLAR"-a açıqlama verən birliyin sədri Əkbər Qoşalı deyib ki, yaxın günlərdə təkliflər paketi tam hazır olacaq: "Artıq bir sıra regionlarda gənc yazarlarla görüşüb onların üzləşdikləri problemləri öyrənmişik. Həmçinin irəli sürdükləri təklifləri qeydə almışıq. Yaxın vaxtlarda həmin təkliflər paketinin ictimai müzakirəsi keçiriləcək və təkliflər Mədəniyyət və Turizm Nazirliyi, eləcə də müvafiq qurumlara göndəriləcək". Əkbər Qoşalı təkliflər paketinə təkcə gənc yazarlar deyil, eləcə də müxtəlif yaşdan olan yaradıcı şəxslərin rəy və təklifləri daxil edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31