“Eurovision” təmsilçisinin yeni sevgilisi üzə çıxdı - FOTO

Türkiyəni Azərbaycanda keçirilən "Eurovision" yarışmasında təmsil edən müğənni Can Bonomodan xəbər var.Lent.az-ın "haberturk.com" saytına istinadən verdiyi məlumata görə, müğənni aktrisa Berrak Tüzünataç ilə eşq yaşayır.Dünən axşam cütlük İstanbulun Bəyoğlu bölgəsində birlikdə əylənib, öpüşürkən görüntülənib.
Qeyd edək ki, Berrak Tüzünataç bu yay aktyor-maneken Çağatay Ulusoyla ("Adını Feriha koydum"-Emir) çimərlik döşəyinin üstündə yaxalanmışdı, bundan iki gün sonra başqa aktyorla səmimi şəkildə görüntülənmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31