"Muhteşem yüzyıl": İbrahim Paşa qatil axtarır, Hürrəm çılğına dönür VIDEO

Hürrem Süleyman üçün təşkil edilən gecənin ləğv olunmasını əmr edir. Afife Hatun isə Hürrəmin onun vəzifəsinə mane olmasına icazə vermir.
Hürrəmin istəkləri heç bir nəticə vermir. Süleyman çəhrayı dəsmalını uzun vaxtdan sonra cibindən çıxardır. Hürrəm Sultan isə bütün bu olanlara mane olmaqda qərarlıdır.
İbrahim isə özünə qarşı sui-qəsd edənləri axtarmağa başlayır. Ancaq İskender Çelebinin planları təkcə İbrahimi öldürməklə bitmir Şahzadə Mustafa isə yeni eşqin bir addımlığındadır.
Milli.Az bildirir ki, serialın 66-cı bölümü sentyabrın 27-si Türkiyənin "Star" telekanalında nümayiş etdiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31