Ulvira efirdən uzaqlaşdırıldı

"İkinci Həyat"ın yaradıcı heyəti cəzalandırıldı

ANS TV-nin yeni efir mövsümündə televiziya tamaşaçılarına təqdim etdiyi "İkinci Həyat" layihəsində yaşanmış xoşagəlməz hadisələrdən sonra, mətbuatda verilişin aparıcısı Ulvira Qarayevanın işdən qovulduğu barədə xəbərlər yayılıb. ANS PRESS-in məlumatına görə, teleaparıcı nə işdən qovulub, nə də işdən çıxarılıb. Sadəcə yaranmış vəziyyət üzündən bir müddətlik efirdən uzaqlaşdırılıb.heyətinə ciddi xəbərdarlıq edilib və proqramın yayımı müvəqqəti olaraq dayandırılıb. Onlar verilişin formatını dəyişdirilməsi istiqamətində təkliflər hazırlamaq tapşırığı verilib.Xatırladaq ki, sentyabr ayının 17-i və 18-ində birbaşa yayımlanan "İkinci Həyat" verilişinə telefon vasitəsilə canlı bağlanan tamaşaçılar etikadan kənar ifadələr işlətmişdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31