Afaq Bəşirqızı ürəyindən əməliyyat olunacaq
Xalq artisti hələ də reanimasiyadadır
25 Sentyabr 2012 11:40 MədəniyyətAzərbaycan Dövlət Musiqili Komediya Teatrının aktrisası, xalq artisti Afaq Bəşirqızı sabah əməliyyat olunacaq. Bu barədə məlumatı Lent.az-a açıqlamasında xalq artistinin oğlu Səmral Təhməzov deyib.Onun sözlərinə görə, xalq artisti sabah ürək-damar sistemindən əməliyyata alınacaq. Xalq artistinin hələ də reanimasiyada olduğunu söyləyən Səmral bildirib ki, Afaq xanımın vəziyyəti yaxşılığa doğru dəyişib.Qeyd edək ki, aktrisa sentyabrın 23-də "Yeddi məhbusə anası" tamaşasında oynadıqdan sonra halı pisləşib. Daha sonra xalq artisti Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31