Dayısından hamilə qaldı, sonra...

Türkiyənin Adana şəhərində keçirilmiş "Altın Koza" kinofestivalında rejissor Pelin Esmerin ilk filmi "Gözetleme Kulesi"ndə baş rolda oynamış Nilay Erdönmez "Ən yaxşı aktrisa" nominasiyasında qalib gəlib.Milli.Az Milliyet-ə istinadən bildirir ki, İstanbuldakı Mimar Sinan Universitetinin incəsənət fakültəsinin məzunu olan 26 yaşlı Erdönmez filmdə dayısından hamilə qalmış tələbə qız obrazındadır.Doğmaq istəmədiyi uşağını dünyaya gətirəndən sonra hamama girən Erdönmez ana olmuş qadından əsla fərqlənmirdi.Aktrisanın dediyinə görə, çəkilişləri 2 il davam etmiş film üçün kökəlmişdi."Çəkilişlər başa çatandan sonra o, kiloqramlardan da qurtuldum", - Nilay deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31