Afaq Bəşirqızı reanimasiyadadır
24 Sentyabr 2012 14:43 MədəniyyətXalq artistinin həyat yoldaşı: "Vəziyyəti stabildir".
Milli.Az-a açıqlama verən Afaq xanımın həyat yoldaşı Əhməd Təhməzov sənətkarın vəziyyəti barədə son durumu açıqladı:
"Vəziyyəti stabildir, həkimlər onu ciddi nəzarətdə saxlayırlar. Reanimasiyada olsa da, bir azdan palataya köçürüləcək. Pərəstişkarları narahat olmasınlar".
Musiqili Komediya Teatrının aktrisası, xalq artisti Afaq Bəşirqızı xəstəxanaya yerləşdirilib. Hadisə ötən gecə baş verib. Belə ki, dünən axşam Musiqili Komediya Teatrında "7 məhbusə anası" tamaşasında baş rolu ifa edən Afaq xanımın halı qəflətən pisləşib. Hətta bu səbəbdən tamaşada fasilə də yaranıb.
Musiqili Komediya Teatrından Modern.az-a bildirilib ki, tamaşadan dərhal sonra Afaq Bəşirqızı Neftçilər xəstəxanasına aparılıb və müalicəsi üçün oraya yerləşdirilib. Hazırda onun vəziyyətinin stabilləşdiyi bildirilir. Aktrisaya ürək-damar çatışmazlığı diaqnozu qoyulub.