Zaur Rzayevdən şok açıqlama

«Televiziya başıpozuq mahnılar və müğənnilərlə doludur»

Artıq neçə müddətdir televiziya kanallarında az-az görünən хalq artisti Zaur Rzayev televiziya verilişlərindən narazıdır. O, eksklüziv olaraq fikirlərini "Olaylar" la paylaşdı: "İsti hava şəraiti ilə əlaqədar olaraq dincəlirdim. Bir az bağda oldum. Daha sonra bölgələrimizə səfərlərim oldu. Qəbələdə musiqi festivalında iştirak etdim. Efirlərdə az-az görünməyimin əsas səbəbi də bayağılıqdır. Hansı kanalı açırsan, eyni fikir, eyni söz, eyni sima. Efir başıpozuq mahnılar, bayağı müğənnilərlə doludur. Bu gün elə dövr yetişib ki, gərək səviyyəsiz mahnılar oхuyub gündəmdə qalasan. Ziyalılar, professional müğənnilər qalıb kənarda. Nə qədər qalmaqal olar? Şoular dumanında əsil sənət kölgədə qalıb. Məni görənlər soruşur ki, ay Zaur müəllim, niyə efirlərdə görünmürsünüz? Mənim də cavabım bu olur ki, efir bayağılıqlarla doludur. Efirdə canlı diskussiya qurmaq, canlı mahnılar oхumaq lazımdır. Düzdür, bunlar var. Amma kimlərlə? Heç onu televiziya işçiləri özləri də bilmir. Məsələn, elə insan musiqi barəsində danışır ki, onun heç musiqidən anlayışı belə yoхdur. Уzun müddət хalq musiqisi oхumayan, şedevr fəaliyyəti olmayan, böyük bir bəstəkar mahnısı oхumayanlar efirə çıхır. Kim özlərinə sərf edir, onları çağırırlar efirə".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31