Cennifer Lopez azərbaycanlıları ANS vasitəsilə salamlayıb (VİDEO)

Pop ulduz jurnalistlərin təkidinə baxmayaraq müsahibə verməyib

Bu gün Bakıda Tofiq Bayramov adına Respublika Stadionunda 17 yaşadək qızlardan ibarət milli komandalar arasında III dünya çempionatına start verilib. Turnirin açılışında çıxış edən Cenifer Lopez mərasimdən bir neçə saat əvvəl Azərbaycan xalqını ANS vasitəsilə salamlayıb.Daha sonra Azərbacan mediasının qarşısına uşaqları və boy-frendi ilə çixan pop ulduz jurnalistlərin təkidinə baxmayaraq müsahibə verməyib .Qeyd edək ki, Cenifer Lopezin sabah "Crystal Holl"da konsert proqramı ilə çıxış edəcəyi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31