Aynişan Quliyeva “Azərbaycana xidmət” mükafatı ilə təltif edildi - FOTO

Müğənni Ankarada keçirilmiş Anadolu Festivalında ölkəmizi təmsil edib

Gənc müğənni Aynişan Quliyeva Aynişan Quliyeva Türkiyədə mükafata layiq görülüb. ANS PRESS-in məlumatına görə, eyni zamanda "İslahatçı Gənclər" İctimai Birliyinin mədəniyyət katibi olan azərbaycanlı ifaçı Ankarada keçirilmiş Anadolu Festivalında ölkəmizi təmsil edib. Aynişan Quliyeva festival çərçivəsində təşkil edilmiş "Kərkük" gecəsinə Azərbaycandan fəxri qonaq qismində dəvət olunub. Elə məhz bu gecədə Aynişan Quliyeva Fatih Tükcan Türkməneli İşbirliyi və Mədəniyyət Vəqfinin rəhbəri Şəmsəddin Kuzəçi tərəfindən "Azərbaycana xidmət" mükafatı ilə təltif edilib. 
Gənc müğənni sözügedən gecədə "Azərbaycan", "Sən yadıma düşəndə", "Bir şarkısın sən" və "Ninne yarım" mahnılarını ifa edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31