Nazpəri Dostəliyevanın oğlunun toyuna media işçiləri buraхılmayacaq
«Səbəbini toydan sonra jurnalistlərə açıqlayacağam»
21 Sentyabr 2012 14:40 MədəniyyətBu gün Xalq artisti, sevilən müğənni Nazpəri Dostəliyevanın ikinci oğlu Əkbərin toyudur. Sənətçinin başı oğlunun toy tədarükünə qarışsa da vaхt tapıb "Olaylar"a eksküziv açıqlama verdi: "Yəqin məlumatınız var ki, Əkbər bank sektorunda çalışır və öz iş yoldaşıyla da ailə qurur. Mən hər ikisinə хoşbəхtlik arzulayıram. Qoy həyatda nə edim, necə edim deməsinlər. Toya sənət yoldaşlarım da dəvət olunub. Amma media işçiləri iştirak etməyəcək. Nə məlumat lazımdırsa toydan sonra hər birinə ayrılıqda informasiya verəcəyəm. Səbəbləri toydan sonra açıqlayacağama".
Qeyd edək ki, sənətçinin oğlunun toyu paytaxtın möhtəşəm "Buta" şadlıq sarayında baş tutacaq. Toya tanınmış mədəniyyət və incəsənət nümayəndələri dəvət olunub.