Cennifer Lopez Azərbaycanda
21 Sentyabr 2012 12:50 MədəniyyətDünyaca məşhur səhnə ulduzu Cennifer Lopez Azərbaycanın paytaxtı Bakıdadır. Müğənninin Bakıda solo konsertini təşkil edən "Omnikomo Music Group"dan APA-ya verilən məlumata görə, bu gecə saatlarında öz komandası ilə Bakıya təşrif buyuran Cennifer Lopez hazırda istirahət edir. Səfər çərçivəsində müğənninin şəhərimizlə tanışlığı və gəzintiyə çıxması nəzərdə tutulur. O Bakı tamaşaçıları üçün eksklüziv şou hazırlayıb. Müğənni ilə birlikdə onun 60 nəfərlik komandası da Los-Ancelesdən Bakıya gəlib.
Dünya şöhrətli müğənni sentyabrın 22-də Tofiq Bəhrəmov da, 23-də isə "Baku Crystal Hall"da çıxış edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31