Aysel Teymurzadə həyat yoldaşı ilə - Foto

Bir müddət əvvəl ailə həyatı quran Aysel Teymurzadənin həyat yoldaşı ilə birgə fotosu yayılıb."Qafqazinfo"nun məlumatına görə, Facebook sosial şəbəkəsində yayımlanan fotoda Aysel Teymurzadə həyat yoldaşı Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlovla görüntülənib. Fotoda əl-ələ tutan cütlük xoşbəxt görünür.Fotonun nə vaxt çəkildiyi bəlli deyil.Qeyd edək ki, bir neçə ay əvvəl "Qafqazinfo" Azərbaycanı "Avroviziya-2009" müsabiqəsində 3-cü yeri qazandırmış müğənninin nişanlanması haqqında da eksklüziv məlumat yaymışdı.Onu da xatırladaq ki, Murad Adıgözəlov məşhur Adıgözəlovlar nəslinin nümayəndəsidir. O, 1973-cü il noyabrın 20-də Bakı şəhərində anadan olub. Aysellə nikaha daxil olana qədər isə maestro ailəli olub, övladı da var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31