“Mədəniyyət haqqında” qanuna ciddi dəyişikliklər edilib

"Mədəniyyət haqqında" qanun layihəsinə ötən dövr ərzində xeyli ciddi dəyişikliklər edilib. Demək olar ki, qanun layihəsinin 1-ci oxunuşu ilə müzakirəsi nəzərdə tutulan 2-ci oxunuşu arasında xeyli böyük fərqlər var". Bu barədə məlumat verən  Milli Məclisin mədəniyyət komitəsinin  sədri Nizami Cəfərovun sözlərinə görə, qanun layihəsinin hazırlanması ilə birbaşa məşğul olan Mədəniyyət və Turizm Nazirliyi sənədin 1-ci oxunuşundan sonra onun üzərində xeyli işlər görüb: "Buna görə Mədəniyyət və Turizm Nazirliyinə xüsusi təşəkkürümüzü bildiririk ki, onlar böyük işlər görüblər. Bəlkə də, özümüz bir komitə olaraq, bundan yaxşı bir qanun layihəsi hazırlaya bilərdik. Amma biz istəmirik ki, qanunun adı və özü sadəcə yaxşı səslənsin. Biz daha çox istəyirik ki, o işlək mexanizmə malik olsun. Bu baxımdan da, həmin qanunun işləmə mexanizminə cavabdeh olan bir qurum kimi, sözügedən nazirliyin özünün hazırladığı müvafiq qanun layihəsinə üstünlük verdik".  ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31