“Muhteşem Yuzyıl”dan Azərbaycana böyük təhqir VIDEO

Təhmasib Şaha “dəyyus” deyildi

Dünən Türkiyənin "Star" kanalında yayımlanan "Muhteşem Yuzyıl" serialında Azərbaycan şahına qarşı daha bir təhqiramiz ifadə işlənib. Serialın 65-ci bölümündə Sultan Süleymanla eyni dövrdə Azərbaycana rəhbərlik etmiş Şah İsmayılın oğlu Şah Təhmasibi aşağılayıcı ifadələr səslənib. Sultan Süleymanın vəziri İbrahim Paşa Şah Təhmasibi "dəyyus" adlandırıb və onun "şah"lığını lağa qoyub: "Osmanlı bəyi Təhmasib deyilən o dəyyusa şah ünvanı ilə xitab edə bilməz. Heç bir Osmanlı bəyi Təhmasiblə hümkarımızı müqayisə edə bilməz. Göy üzündə necə bir ulduz varsa, yer üzündə də bir tək imperator var ki, o da Sultan Süleyman xandır".Qeyd edək ki, bu "Muhteşem Yuzyıl" serialında Azərbaycan şahlarına qarşı ilk təhqir deyil. Serialın ötən mövsümündə Sah İsmayılın şahlığı ələ salınmışdı və o, "əmir" kimi təqdim olunmuşdu.Azərbaycanda və bir çox ölkələrdə böyük izləyicisi olan bu serialın istehsalçılarının bilərəkdən qardaş ölkənin tarixi şəxsiyyətlərinə qarşı belə təhqirlərə niyə yol verildiyinə, nəhayət aydınlıq gətirilməlidir. Movzunu davam etdirəcəyik.


y4_HDTV by ddizi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31