"Muhteşem yüzyıl": Moskva ondan danışır
19 Sentyabr 2012 20:24 MədəniyyətTürkiyənin ən populyar serialı "Muhteşem yüzyıl"in Rusiyada nümayişinin artıq 2-ci mövsümüdür. Bununla əlaqədar olaraq Moskva küçələrində serialın tanıtım poster və reklamlarının sayı-hesabı bilinmir. Milli.Az DHA-ya istinadən bildirir ki, Rusiyanın "Domaşni" telekanalı serialın nümayişinə başlayanda belə uğuru təsəvvür edə bilməzdi. Lakin "Velikolepnıy Vek" adı ilə subtitrlərlə göstərilən serial reytinq rekordları vurur. "Domaşni" telekanalının baş redaktoru Natalya Bilan DHA-ya bildirib: "Yeni mövsümün seriyalarını çox gözlədik və ilk olaraq Moskvanın bir çox yerlərində "Domaşni" telekanalı sizi düşünür" billbordlarını yerləşdirdik. Məqsədimiz insanlara "Həm serialı nümayiş etdirir, həm də yeni mövsümü maraqla gözləyirik" mesajını verməkdi. Türk serialı çox peşəkar səviyyədə çəkilir. Fəqət, fərqli həyat və yaşam tərzlərimiz var. Modern türk filmləri əsla bizim həyat tərzimiz deyil. Lakin tarixi filmlərə baxmaq istərdik. Bu səbəbdən də "Muhteşem yüzyıl"ı seçdik".