Türkiyə səfirliyinin nümayəndələri “Türk xalqları ədəbiyyatı” şöbəsində olub

Seyid Əhməd Arslan: “Məni də bu şöbəyə üzv etsəniz sevinərəm”

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri Seyid Əhməd Arslan və müşavir yardımçısı Mehin Tağıyeva AMEA Nizami adına Ədəbiyyat İnstitutu "Türk xalqları ədəbiyyatı" şöbəsinin qonağı olub. Şöbənin rəhbəri filologiya üzrə fəlsəfə doktoru Arif Əmrahoğlu qonaqlara şöbə haqqında məlumat verib. 3 il ərzində görülən  məhsuldar işlər haqqında damışıb. A.Əmrahoğlu bu görüşün şöbə əməkdaşları üçün stimulverici bir görüş , eləcə də  Ədəbiyyat İnstitutunun tarixində hər hansı bir şöbəyə qonşu məmləkət rəsmisinin təşrif  buyurması ilk dəfə olduğunu vurğulayıb. Müşavir Seyid Əhməd Arslan bu görüşdən və  şöbənin fəaliyyətindən məmnun qaldığını vurğulayıb. Qeyd edib ki, "Türk xalqları ədəbiyyatı" şöbəsinə üzv olmaq istəyindədir: "Məni də bu şöbəyə üzv etsəniz sevinərəm. Türk ədəbiyyatının ünlü simaları ilə ilgili apardiğiniz araşdırmaların kitab olaraq ərsəyə gəlməsində bizim də gücümüz yetən yardımı etməyə hazırıq. Və inanıram ki, bundan sonra daha sıx-sıx görüşəcək, millətimizin tarixinin, mədəniyyətinin dünyaya daha geniş tanıdılmasında qarşılıqlı fəaliyət göstərə biləcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31