Xalq artistləri prezidentə məktub yazdılar

Azərbaycanın bir neçə xalq artisti prezident İlham Əliyevə məktub yazıb.Azərbaycanın xalq artistləri, mədəniyyət aləminin tanınmış simaları Mübariz Tağıyev, Yalçın Adğözəlov, Arif Məlikov, Murad Adıgözəl-zadə, Simarə İmanova ölkə başçısına məktub yazaraq onlara verilən fəxri adlara görə minnətdarlıqlarını ifadə ediblər.Qeyd edək ki, sentyabrın 14-də prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə bir sıra mədəniyyət xadimlərinə fəxri adı  verilməsi ilə bağlı sərənmcam imzalayıb. Sərəncama əsasən Yalçın Adıgözəlov, Simarə İmanova və bəstəkar Eldar Mansurova "xalq artisti" fəxri adı verilib. Mübariz Tağıyev isə prezident təqaüdünə layiq görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31