Nizami Gəncəvinin əlyazmalarının nüsxələri Azərbaycana gətirildi
Bunlar 155x90 millimetr ölçüdə qara mürəkkəblə yazılmış və qızıl suyu ilə süslənmiş səhifələrdir
18 Sentyabr 2012 19:59 MədəniyyətMisirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illiyi ilə bağlı dahi ədibin və Şərq dünyasının digər şairlərinin əlyazmalarının nüsxələrini Azərbaycana hədiyyə edib. Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Regional Elmi Mərkəzinin direktor müavini Samir Pişnamazzadənin AzərTAc-a verdiyi məlumata görə, bu sənədlərin arasında XV-XVI əsrə aid əlyazmaların əsli də var. Bunlar əsasən 155x90 millimetr ölçüdə qara mürəkkəblə yazılmış və qızıl suyu ilə süslənmiş səhifələrdir.
Son iki ayda aparılan araşdırmalar nəticəsində dünyanın 50-dən çox ölkəsində Nizaminin əsərlərinin müxtəlif dövrlərə aid bir neçə əlyazmaları tapılıb.