Məşhur aktyorun şüuru öldü
18 Sentyabr 2012 20:46 MədəniyyətUzun müddətdən bəri Bodrumda müalicə olunan məşhur türk aktyor Erol Günaydının vəziyyəti ağırlaşıb. Milli.Az Milliyet-ə istinadən bildirir ki, Türkiyə kinematoqraf və teatrının böyük ustasının şüuru ölüb. Tənəffüsü çətinləşən və beyninə oksigen getmədiyi üçün şüuru ölən aktyorun qızı Günfer Günaydın deyib: "10 gün əvvəl oyanmalı, koma vəziyyətindən çıxmalıydı. Amma şüuru zədələnib. Gözləri açıq vəziyyətdədir, amma bizi anlamır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31