Zamiqdən xəbər var VIDEO

Tanınmış müğənnisi Zamiq Hüseynovun yaradıcılığında yenilik var. Bu barədə "Qafqazinfo"ya məlumatı müğənninin mətbuat katibinin verib. Onun sözlərinə görə, Zamiq iki yeni klip çəkdirməyi planlaşdırır. Unudulmaz müğənni Akif İslamzadənin repertuarında dinlədiyimiz "Qurban verərdim" mahnısına klip çəkdirməyə hazırlaşan Zamiq bu işini rejissor Fuad Əlişova həvalə edir. Digər bir mahnı isə hələ heç bir yerdə səslənməyib. Musiqisi Hakan Erola, sözləri Leyli İsrafilovaya məxsus mahnı "Mən görmədim" adlanır. Zamiqin bu mahnısını isə rejissor Anar Hüseynov lentə alacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31