Yaponiyada “JATA 2012” keçiriləcək

Cari ilin 20-23 sentyabr tarixində Yaponiyanın Tokio şəhərində keçiriləcək "JATA 2012" beynəlxalq turizm sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyətinin iştirakı nəzərdə tutulub. Nazir müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Turizm şöbəsinin Turizmin marketinqi və təbliğatı sektorunun müdiri Vüqar Şixəmmədov, Daxili turizmin inkişafı sektorunun baş məsləhətçisi Fikrət Məmmədov, Turizmin marketinqi və təbliğatı sektorunun məsləhətçisi Azər Orucov və s. daxildir.
Həmçinin sərgidə ölkəmizdən "Geo Travel", "ENC tours" və "İmprotex travel" turizm şirkətləri təmsil olunacaq.
Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 63 kv.m sahədə xüsusi lövhə quraşdırılmış və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis və yapon dillərində müxtəlif növ reklam-çap məhsulları, eləcə də digər təbliğat materialları təqdim olunacaq.  Bu il adı çəkilən sərgidə ölkəmiz ilə yanaşı, 140 ölkədən turizm şirkətləri təmsil olunacaq. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31