İradə Tuncay Üzeyir bəy haqqında nə dedi

O elə bir şəxs idi ki, hər kəs muzdur olmağı ilə fəxr elədiyi vaxtda ona bəy deyirdilər - Üzeyir bəy. O, elə bir mürəkkəb və təzadlı dövrdə yaşamışdı ki, bu dövrün dəyirmanından təmiz vicdanla və sağ-salamat çıxmaq çox çətin idi. O, elə bir mühitdə yetişib formalaşmışdı ki, cəhalət və nadanlıq, kütləvi korluq bu mühitin dəyişməz atributları idi. Bu, zaman, məkan və şəxsiyyət rakursundan baxanda onun böyüklüyünü bütün incəliklə anlamaq olardı.

İradə Tuncayın f. səhifəsindən

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31