Musiqi gününə həsr olunmuş tədbirlər davam edir

Sərdar Fərəcov: “Tədbirlər silsiləsi Ü.Hacıbəyovun ev muzeyində davam edəcək”

18 sentyabr-Milli musiqi günü ilə əlaqədar bu gün Fəxri Xiyabandan başlanan tədbirlər saat 14-00-da  Üzeyir Hacıbəylinin ev Muzeyində davam edəcək. Muzeyin direktoru,  tanınmış bəstəkar Sərdar Fərəcovun "Olaylar"a verdiyi açıqlamaya görə  tədbirdə  Üzeyir Hacıbəyovun  kamera üçün yazdığı  musiqilər səslənəcək.  
Azərbaycan Dövlət Filarmoniyasının mətbuat xidmətindən verilən xəbərə görə saat 19-00da  Musiqi günü ilə bağlı ən möhtəşəm tədbir keçiriləcək.   Beynəlxalq Musiqi Festivalının açılışında Üzeyir Hacıbəyovun  unudulmuş  "Şeyx-Sənan" operası  səslənəcək. Qeyd edək ki,  həmin opera  103 il bundan əvvəl  bir dəfə ifa olunub. Həmçinin  simfonik orkestr və xor solistlərinin ifasında bu operadan bəzi səhnələr də ifa ediləcək.   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31