Şuşa teatrının 139-cu mövsüm açılışı “Azərsun Holdinq”də

13 sentyabr tarixində Şuşa Dövlət Musiqili Dram Teatrının 139-cu teatr mövsümünün açılışı oldu. Hər zaman milli mədəniyyətimizi dəstəkləyən "Azərun Holdinq" bu dəfə Şuşa Dövlət Musiqili Dram Teatrının mövsüm açılışına ev sahibliyi etdi. İlk olraq tədbirin rəsmi hissəsində teatrın rəhbəri Respublikanın əməkdar artisti Yadigar Muradov, Şuşa rayon icra hakimiyyətinin başçısının humanitar işlər üzrə müavini Vüsalə Fətəliyeva və "Azərsun Holdinq"in İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər şöbəsinin müdiri Afiq Səfərov çıxış etdi. Çıxışçılar Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyətindən bəhs etdilər və yeni mövsümdə uğurlar arzuladılar. Tədbirin bədii hissəsində isə 139-cu teatr mövsümünü açan Şuşa Dövlət Musiqili Dram Teatrı, görkəmli yazıçı-dramaturq Mirzə Fətəli Axundovun 200 illik yubileyi münasibətilə də "Lənkəran xanının vəziri" tamaşasını nümayiş etdirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31