Xurşidbanu Natəvanın anadan olmasının 180 illik yubileyinə həsr olunan konfrans keçiriləcək
17 Sentyabr 2012 20:42 Mədəniyyət18 sentyabr AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın anadan olmasının 180 illik yubileyinə həsr edilən elmi-praktiki konfrans keçiriləcək. AMEA informasiya xidmətinin məlumatına görə Azərbaycan Respublikası Prezidentinin "Xurşidbanu Natəvanın 180 illik yubileyinin keçirilməsi haqqında" 3 aprel 2012-ci il tarixli Sərəncamına əsasən keçiriləcək konfransda muzeyin filiallarından biri olan, vaxtilə Şuşada fəaliyyət göstərmiş Xurşidbanu Natəvanın adını daşıyan "Natəvan" adına Qarabağ filialının əməkdaşları məruzələrlə çıxış edəcəklər.
Şairənin xatirəsinə həsr olunan tədbir çərçivəsində Qarabağın ədəbi-mədəni həyatının tarixini əks etdirən sərgi də nümayiş etdiriləcək. ("OLAYLAR"İA)