"Kuzey Güney"in ulduzu qəzaya düşdü
17 Sentyabr 2012 20:27 MədəniyyətTürkiyənin populyar seriallarından olan "Kuzey Güney"in ulduzu, aktyor Erdoğan Bilen qəzaya düşüb. Milli.Az Milliyet-ə istinadən bildirir ki, Bilen D-100 atvotrasında olarkən qəza yaşanıb.
Bilen gəlin maşını kimi kirayəyə verdiyi avtomobilini sürərkən trasdakı yük maşınlarından birinin sürücüsü Bilenin maşınındakı bəylə gəlindən "xərac" almaq üçün yolu kəsib.
Qəza baş verib, sürücülər davaya başlayıblar. Hadisə D-100 yolunda, Kozyatağı səmtində baş verib. "Kuzey Güney" serialında aktyor Kıvanc Tatlıtuğun oynadığı Kuzeyin düşməni Ferhatın adamı Mithat obrazı ilə tanınan Bilenin sürdüyü, 1956-cı il istehsalı olan "Chevrolet Belair" maşını əzilib. "34 FY 1536" nişanlı sudaşıyan yük maşınının sürücüsü Erkov Arda gəlin və bəydən "xərac", daha doğrusu, bəxşiş almaq üçün maşını yolun otrasında saxlayıb. Maşına çırpılmamaq üçün Bilen avtomobilini sola çəkib, bu zaman maşına arxadan kiçik yük maşını çırpılıb. Bilenlə kürəkən maşından düşərək, su maşınının sürücüsü ilə davaya başlayıblar.
Bəylə gəlin başqa maşınla "Yıldız Parkı"na göndəriləndən sonra isə yük maşının sürücüsü Bilenə hücum edib. Yolun ortasında dava edən, bir-birlərinə yumruq və təpik atan Bilenle Ardanı zorla ayırıblar.