Röya yaman ağır şərt qoydu
17 Sentyabr 2012 17:28 MədəniyyətHeç kim məndən inciməsin, mənim toylarda yarım saatlıq çıxışımın qiyməti var və bu qiymətdən bir qəpik də aşağı düşmürəm. Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına müğənni Röya bildirib. "İnsanlar başa düşməlidirlər ki, əgər mən bir tanışıma 500 manat güzəştə gedirəmsə, sabah başqa bir tanışım məndən inciyir ki, nəyə görə ona da güzəştə getmirəm", - o əlavə edib. Müğənninin prodüsseri Kənan da öz müştərisini dəstəkləyib: "Röya tamamilə haqlıdır. Bizim paltara, saç düzümünə və kliplərə çox xərcimiz çıxır. Əgər hər dəfə qiymətdə güzəşt etsək, bu xərcləri necə ödəyəcəyik?" - o vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31