Monika Beluççi, Beren Saat və Araş eyni filmdə VIDEO

İranlı rejissor Bahman Xobadinın çəkdiyi "Kərgədanın son şeri" ("Kərgədan mövsümü" də adlanır) adlı filmin yayılan fraqmentləri xeyli maraq doğurub.
"Qafqazinfo"nun məlumatına görə, bədii filmin primyerası bu il 37-ci Beynəlxalq Toronto Film Festivalında reallaşacaq. Film ekranlara çıxmamış artıq tənqidçilərin müsbət rəyini alıb. Ağır psixoloji səhnələrlə zəngin filmdə Türkiyənin tanınmış simaları rol alıblar. Beren Saat, Yılmaz Ərdoğan, Belgim Belçin, Caner Candurakla yanaşı dünyanın tanınmış kino ulduzu Monika Beluççi və müğənni Araş da filmdə maraqlı obrazlar yaradıblar. Beren Saat filmdə Monika Beluççinin qızı rolunda çıxış edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31