Tanınmış prodüsseri kim ölümlə hədələdi?!

Səbinə Rəcəbli: “Ölümümə fərman verən insanlara “Ölsəm, günah səndədir” deyə cavab verəcəm”

" Tanınmış prodüsser, "İdeal" qızlar qrupunun bədii rəhbəri Səbinə Rəcəblinin kimlər tərəfindənsə planlı şəkildə ölümünə fərman verilməsi və bununla da xanımın həyatına son qoyulması məsələsi ilə bağlı söz-söhbətlər günbəgün artır. Məsələyə aydınlıq gətirmək üçün prodüsserlə əlaqə saxlamağa çalışdıq. Telefonuna zəng çatmayanda əvvəlcə məsələnin doğru olduğuna inandıq. Bir neçə saatdan sonra zəng vuranda xanım dəstəyi özü qaldırdı. Doğrusu, bir qədər həyəcanlı şəkildə lazımi olan suallarımızı ünvanlaya bildik. Ölümlə hədələnmə xəbəri ilə elə sual vermək istəyirdik ki, Səbinə xanım başladı, nə başladı:
"Bəli, bu söhbətlərdən mənim də xəbərim var. Gündə sonsuz sayda insanlardan mənə zənglər daxil olur. Mən mərdiməzar insan deyiləm, heç kimə də pislik etməmişəm. Bu mənim varlığımı istəməyən və rəhbərlik etdiyim "İdeal" qızlar qrupunun məclislərə dəvət almağın qarşısı almaq məqsədilə kimlər tərəfindənsə düşünülmüş bir addımdır. Musiqisi Arif Səlimova, sözləri mənə məxsus olan "Ölsəm, günah səndədir" adlı mahnısı üzərində son işlərimiz gedir. Bu mahnı ilə mən lazımi insanlara öz mesajımı göndərirəm. Sözləri və musiqisi rejissor Samir Qulamova məxsus "Baxanda" mahnısı da tezliklə qrupumuzun ifasında tamaşaçılara təqdim olunacaq. Qeyd edim ki, iki mahnı bəstəkar-aktyor Əli Əliyev tərəfindən aranjeman ediləcək".
Mahnılarının Tərlan Məmmədhüseynov tərəfindən deyil, digəri tərəfindən aranjeman edilməsinə də prodüsser aydınlıq gətirdi: "Baxanda" mahnısının demo variantı Tərlan bəy avtomobil qəzasına uğrayanda itib batdı. Ona görə də "Sonun başlanğıcı" serialının musiqi tərtibatçısı və bəstəkarı Əli Əliyervə müraciət etməli oldum".
Qrupun yeni üzvləri ilə köhnə üzvləri arasındakı soyuq münasibətə də aydınlıq gətirən prodüsser bunları söylədi: "Biz hal-hazırda yalnız sənətlə məşğuluq. Yeni mahnılar, çəkilişlər, səfərlər. Düzdür, bəzən elə bir şayiə olur ki, doğmaların həyəcandan dünyasını da dəyişə bilər. Şayiə yayan insanlara demək istəyirəm ki, sözü olan insan sözü üzə desin. Elə şayiələr yaysınlar ki, heç olmasa cüzi də olsa həqiqətə əsaslansın. Mən varam, yaşayıram. Kimlərinsə məni ölümlə hədələməsi yalnız şayiədir. Bir də ki, biz hüquqi dövlətdə yaşayırıq. Elə bir hadisəni hiss etsəm əvvəlcədən hüquq-mühafizə orqanlarına müraciət etməyə də cürətim çatar".
Nisə Rafiqqızı
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31